:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan Prezidenti: "Ümid edirəm ki, birgə komissiya lazımi nəticə əldə edəcək"

Font

"David Qareci məsələsinin başa çatdırılması çox önəmlidir".

Gürcüstan prezidenti Salome Zurabişvili bunu Gürcüstanın Müstəqillik Günü münasibəti ilə keçirilən hərbi paraddakı çıxışında bildirib.

S. Zurabaşvili deyib ki, məsələnin həll olunması həm də regionun inkişafı baxımından önəm daşıyır: "David Qareci məsələsi həll olunandan sonra heç kim bizim münasibətlərimizi qəlizləşdirə və ya regionun inkişafını ləngidə bilməyəcək. Mən komissiyanın vaxtında yenilənməsinə və fəaliyyətə başlamasına görə çox şadam. Ümid edirəm ki, birgə komissiya yaxın gələcəkdə lazımi nəticə əldə edəcək".