:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ziyafət Əsgərov: "Həmsədrlərin regiona səfərləri turist səfəri olmalı deyil"

Font

"Bizim heç bir sahədə zəif olma haqqımız yoxdur. Ən azından bundan sonra başımıza gələcək bəlaların qarşısını almalıyıq”.

Bu fikirləri "Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən "dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu gün status-kvo dəyişməlidir və vəziyyət olduğu kimi qala bilməz: "Bunu dəfələrlə ATƏT-in Minsk qrupunun üzvlərinə demişik. Səfərləri turist səfəri olmalı deyil. Niyə demirlər ki, Ermənistan işğalçıdır? Axı bu qədər ikili standart ola bilməz. Azərbaycanın ərazisi dəyişə bilməz, Dağlıq Qarabağ bizim əzəli və əbədi torpağımızdır. Ermənistanda onsuz da vəziyyət nəinki bu günə qədər, heç bundan da sonra da stabil olmayacaq. Onların sifəti elədir ki, kim qapı göstərirsə gəlir”.

Azərbaycan həmişə beynəlxalq hüquq və prinsiplərin tərəfindədir. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var onların tərəfində olurlar”.

Bunu da "Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən "dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu hələ də Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir: "Bizə deyirlər ki, bu məsələni həll etmək üçün mexanizmləri yoxdur. Sonra da deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan güclənir və bundan sonra da güclənəck. Nə qədər ki, Azərbaycan inkişaf edir və güclənir Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər yaxınlaşır. Azərbaycana qarşı "çirkab maşını” böyük təbliğat aparır. Gənclər hüquqi, tarixi cəhətdən ayıq olmalıdır. Çünki ermənilərin havadarları güclüdür”.