:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər

Font

"Cənub Qaz Dəhlizi”nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər.

Bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.

O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:

"Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz "Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik”.

M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.