:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şəxsiyyət vəsiqələri yaşayış yerindən asılı olmayaraq "ASAN xidmət" mərkəzlərində dəyişdiriləcək

Font

Vətəndaşlar şəxsiyyət vəsiqələrini yaşayış yerindən asılı olmayaraq bütün "ASAN xidmət” mərkəzlərində dəyişdirə biləcəklər. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu xidmət ölkə üzrə açılacaq 5 yeni "ASAN xidmət” mərkəzinin açılışından sonra istifadəyə veriləcək.

"Cari ilin sonuna 6 mərkəzin istifadəyə veriləcəyi gözlənilir. Bu mərkəzlərdən sonra biz artıq onu bəyan edəcəyik", - deyə Ü. Mehdiyev bildirib.