:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Senatının komitələri Türkiyəni Rusiyadan "S-400" kompleksi almamağa çağırıb

Font

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Türkiyənin "F-35” tipli qırıcıların birgə istehsalı ilə bağlı proqramda iştirakının davam etməsi üçün şərt irəli sürüb.

Türkiyə KİV-i xəbər verir ki, komitə ABŞ-ın 2020-ci il üzrə 750 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib.

Layihəyə əsasən, rəsmi Ankara Rusiyadan "S-400” zenit-raket kompleksi almaqdan imtina etməyəcəyi halda, Türkiyənin "F-35” qırıcı təyyarələri layihəsində iştikarına son veriləcək.

Türkiyə ilə yanaşı, daha 9 ölkə "F-35” qırıcılarının istehsalında iştirak edir. Türkiyə ABŞ-dan 100 bu tip qırıcı almaq niyyətindədir.

ABŞ-ın erməni və yunan icmalarının nümayəndələri Senatın Silahlı Qüvvələr Komitəsinin qərarını alqışlayıb.

2020-ci ilin büdcə layihəsi üçün nəzərdə tutulan layihə respublikaçıların çoxluq təşkil etdiyi Senatda qəbul edildikdən sonra Konqresin Nümayəndələr Palatası da layihə barədə müsbət rəy verməlidir. Bu iki mərhələni keçdikdən sonra icra üçün sənəd ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsi mayın 21-də Rusiyadan "S-400” kompleksinin satın alacağı təqdirdə Türkiyənin "F-35” proqramından çıxarılması barədə qərar layihəsini qəbul edib.

Xatırladaq ki, rəsmi Vaşinqton NATO-nun təhlükəsizliyini təhdid etdiyi üçün Türkiyəni "S-400” zenit-raket sisteminin almaqdan çəkindirməyə çalışır. Rəsmi Ankara isə bu məsələnin bitidiyini bəyan edir. Türkiyə "S-400”lə bağlı təlim keçmək üçün hərbi mütəxəssislərini artıq Rusiyaya göndərib.