:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb

Font

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb.

Nazir Gürcüstan tərəfinin dövlət maraqlarından çıxış edəcəyini bildirib.

"Əgər kimsə komissiyanın Gürcüstanın maraqlarına cavab verməyən hər hansı bir qərar qəbul edəcəyini düşünürsə, çox səhv edir. Biz dövlət maraqları və iki ölkə arasında mövcud strateji münasibətləri əsas tutaraq hərəkət edəcəyik”, - deyə o vurğulayıb.