:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qurban Yetirmişli: "Tikinti işləri normalara uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar”

Font

"Azərbaycanda seysmik rayonlarda tikinti işlərinin norma və qaydalarına yenidən baxılacaq”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik rayonlarda aparılan tikinti işlərinin normalarına baxılmalıdır: "Çünki bu normalar beynəlxalq standartlara uyğun olmalıdır. Müəyyən dövr keçdikdən sonra bu norma və qaydaların düzəliş edilməsinə ehtiyac yaranır. Bununla bağlı Amerika, San-Fransisko və Kanada Universitetindən Azərbaycana səfərə gələn mütəxəssislərlə birlikdə araşdırmalar aparılır. Bunun üçün də həmin ərazilərdə əvvəlcə tədqiqatlar aparılacaq və tələb olunan cihazlar quraşdırılacaq. Daha sonra bunun nəticəsində seysmik zonalarda aparılan tikintilərə beynəlxalq standartlar tətbiq olunacaq. Azərbaycanda tikinti işləri norma və qaydaların tələblərinə uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar”.