:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Samir Şərifov: "2020-ci ildən etibarən Azərbaycan Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək"

Font

"Azərbaycan 2020-ci ildən etibarən Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək".

Bunu "Report"un sualına cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov məbləğin 2020-ci ilin büdcəsində nəzərdə tutulacağını qeyd edib: "Həmin fond Asiya İnkişaf Bankının (ADB) üzv ölkələrə aşağı faizlə kreditlər verilməsini təmin edəcək. Bu tipli fondlar Dünya Bankı və digər maliyyə institutlarında da var. Təbii ki, ayrılacağımız vəsait o qədər də yüksək məbləğ olmayacaq. Amma konkret məbləğ 2020-ci ilin büdcəsi təsdiqlənən vaxt bilinəcək".

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.