:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukraynanın baş naziri istefa verir

Font

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verəcək. "112.ua” verdiyi xəbərə görə, bu barədə baş nazir keçirdiyi brifinq zamanı bildirib.

O vurğulayıb ki, istefa ərizəsini mayın 22-də hökumətin iclasından sonra təqdim edəcək.

Qeyd edək ki, bu gün Ukraynanın yeni prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra bildirib ki, Nazirlər Kabineti heç nə edə bilmirsə, istefa verməlidir.

Vladimir Qroysman bu vəzifəni 2016-cı il aprelin 14-dən icra edir.