:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

Font

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev sabah ölkəmizə səfər edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, A.Sergeyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

Sabah səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.

Qonağın bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur.