:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ANDOP artıq çəki ilə mübarizə üzrə Avropa Gününə həsr olunmuş tədbir keçirdi

Font

Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasında (ANDOP) artıq çəki ilə mübarizə üzrə Avropa Gününə həsr olunmuş tədbir keçirildi. Bu problemin aktuallığına baxmayaraq - proqnozlara görə, 2030-cu ilə kimi Avropanın hər ikinci sakini obeziteyə və yanaşı xəstəliklərə məruz qalacaq. Dünyada belə sürətlə yayılmasına görə obezite epidemiyası haqqında mümkün qədər daha çox danışmaq lazımdır.Piylənmə ilə əlaqədar olan vəziyyətin ağırlaşması demək olar ki, bütün sahələrdə - gündəlik yaşamda, işdə, şəxsi həyatda hiss olunur.

Xüsusilə, obeziteylə əlaqədar bu stiqma, həmyaşıdları tərəfindən istehza və təzyiqlərlə üzləşən uşaqlarla əlaqəli ola bilər hansı ki, psixoloji təsirlər nəticəsindən əziyyət çəkirlər. Məhz buna görə ANDOP-un təşkil etdiyi tədbirin bütün iştirakçıları "İlk öncə insanam" şüarlı lent bağlamışdırlar.

ANDOP'un rəhbəri Sevinc Zaman vurğulamışdır ki, tədbirin məqsədi artıq çəki ilə mübarizədə lazımi tədbirlərin görülməsini, eləcə də bütün insanlara, xüsusilə də artıq çəkidən əziyyət çəkənlərə sağlam həyat tərzinin vacibliyini milli səviyyədə xatırlatmaqdır:

«Daha sağlam bir pəhrizə keçid, müntəzəm fiziki məşqlər hər bir şəxs üçün məqbul seçimdir. Bu sahəyə, insanları bu problemlə bağlı maarifləndirmək üçün daha geniş tədbirlər lazımdır. Bütün ANDOP tədbirləri bunlara yönəlmişdir. Biz qidalanma və piylənmə ilə bağlı təlimlər keçiririk, 2019-cu ilin aprelində biz Azərbaycan və beynəlxalq ekspertlərin iştirakı ilə "Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar" adlı Beynəlxalq elmi-praktik konfransı təşkil etdik».
Qəbul etməliyik ki, dünyada piylənmə problemi olmayan bir ölkə yoxdur. Eyni zamanda ANDOP'un həmsədri Dr. Emil Hidayətli, Azərbaycanda bu problemin ciddi şəkildə qəbul edilmədiyi üçün təəssüfləndiyini dilə gətirdi.

- Cəmiyyətdə, piylənmə probleminin xəstəlik kimi başa düşülməsi düzgün səviyyədə deyil. Tez-tez problemə qarşı acınacaqlı bir yanaşma ilə qarşılaşırıq , "Həddindən artıq çəki həyatın rifahının bir əlaməti" kimi ifadə edilir. Və insanlar həkimə o vaxt müraciət edirlər ki, artıq onların çəkisi endokrinoloji, kardioloji və digər problemlər şəklində özünü göstərir. Və onlar piylənmənin kompleks müalicəsi üçün deyil, ancaq simptomatik müalicəsi üçün müraciət edirlər, - dedi.

Dr. E. Hidayətlinin sözlərinə görə, təhsil işlərini daha səmərəli aparmaq lazımdır. Axı, bütün mövcud proqnozlar dünyadakı obezite xəstəliyinin inkişafı ilə bağlı vəziyyətin pisləşməsindən danışır.

Artıq çəkili insanlar qarşısında yaranan önyargılar, söz mövzusu stigmalar, xəstəliyin susması üçün əlavə bir təşviqdir və xəstənin özü də həkimə ziyarətdən qaçır.

- Bu stigmalar həm açıq, həm də qapalıdır. Bütün bunlar xəstələrin psixoloji vəziyyətinə təsir edir,özlərinə və imkanlarına inanmırlar. Obeziteyle əlaqədar bu stiqma, xüsusilə, psixoloji təsirlərin nəticələrindən əziyyət çəkən, həmyaşıdları ilə qarşı-qarşıya qalan uşaqlarla bağlı ola bilər "- deyə ANDOP - təlimçi, Beynəlxalq əlaqələr üzrə koordinator Dr. Əsmər Kərimli bildirib.

Artıq çəkisi olanlara həsr olunmuş bir layihəyə rəhbərlik edən məşhur blogger Xatirə Yuzbəyova onun sözlərini təsdiqlədi.

- Mən iki uşağın anasıyam və mənim ölşülərim 90-60-90 modelindən uzaqdır. Mən blogumu yayınladıqdan sonra, təəssüf ki, insanlardan artıq çəkimə görə məni tənqid edən mənfi bir rəftarla qarşılaşıram. Görünür, kimsə tərəfindən qoyulan stereotiplərə uyğun gəlmirəmsə, mən əylənə, gəzə, geyinə bir sözlə xoşbəxt bir insan kimi həyatımı yaşaya bilmərəm. Çox tez-tez yazılan bu tənqidlər bəzən birbaşa təhqirlərə çevrilir, – dedi.

Ancaq o, sosial şəbəkələrdə fəaliyyətini çox vacib hesab etdiyini qeyd etdi. O,özünü nümunə göstərərək, artıq çəkisi olan qadınlara dair standartları aradan qaldırmağa çalışır. Amma qəbul edilməlidir ki, bu əlavə kilolar sağlamlıq problemləri daşıyıcılarıdır. Ancaq eyni zamanda insanlar olduqları kimi qəbul edilməli onların insanlıq keyfiyyətləri qiymətləndirlməli doğru münasibət bəslənməlidir.

Tədbir iştirakçıları həkimlər və artıq çəkili insanlar idi. Xüsusilə onlar üçün "yeni həyat üçün 12 addım" adlı həvəsləndirici təlim keçirildi. Müəllif və təlimçi Dr. Nərminə Novruzova necə məqsəd qoymaq və ona necə çatmaq barədə danışdı. Axı, artıq çəki ilə mübarizə, sağlam həyat tərzi və düzgün qidalanma ilə bağlılıq düşünülən qədər sadə məsələ deyil. Bu, hər şeydən əvvəl, rahatlıq zonasından və xoş vərdişlərdən imtina edərək, iradənin təzahürüdür. Artıq çəki ilə mübarizədə olan bütün insanlar üçün simvolik bir dəstək olaraq, günəşli Bakı səmasına müxtəlif rəngli balonlar buraxıldı.

Qeyd edək ki, ANDOP həkimlərin Azərbaycanda düzgün qidalanma sahəsində təhsil proqramlarını həyata keçirən elmi bircəmiyyətdir. Təşkilat Dünya Piylənmə Federasiyasının (WOF - World Obesity Federation) rəsmi üzvüdür.

Təhsil proqramları 2016-cı ildə qurulan Sağlamlıq Strategiyasının Tədris Mərkəzində (SSTM) keçirilir. Azərbaycanda ilk dəfə olaraq, xaricə getmədən, qidalanma haqqında geniş məlumat əldə etmək mümkündür. Həkimlər, təhsil müəssisələrinin tələbələri, idman mərkəzlərinin nümayəndələri, iaşə müəssisələrinin əməkdaşları, eləcə də korporativ müştərilər üçün müvəffəqiyyətlə təlimlər keçirilir. ANDOP'un əsas məqsədi həkimlərə özünü inkişaf etdirmək üçün lazım olan peşəkar biliklər əldə etməyə imkan yaratmaqdır.