:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN başçısı: "Rusiya AŞPA-da qalacaq"

Font

"Rusiya Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qalacaq”.

TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Mass bildirib.

Bu qərar Hayko Massla rusiyalı həmkarı Sergey Lavrovun Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşündə qəbul edilib.

Bir müddət əvvəl AŞPA Rusiyanın Avropa Şurasına üzvlük haqqını ödəməyə çağırmışdı. AŞPA-nın 151 deputatından 105-i bu qərarın lehinə səs vermişdi.

Qeyd edək ki, rəsmi Moskva Rusiya Federal Məclisi nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasına 2017-ci ildən üzvlük haqqı ödənişini dayandırmaq barədə qərar qəbul etmişdi.