:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pompeo Moskvaya səfərini təxirə salıb

Font

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın paytaxtı Moskvaya səfərini təxirə salıb.

"TASS" verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentinin məlumatına əsasən, M.Pompeo bu gün Moskvaya səfər etmək əvəzinə Belçikanın paytaxtı Brüsselə yollanacaq.

Bildirilir ki, dövlət katibi orada Avropa İttifaqının nümayəndələri ilə İran məsələsini müzakirə edəcək.

Qeyd edilir ki, M.Pompeo mayın 14-ü Rusiyanın Soçi şəhərinə səfər edəcək və orada bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.