:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini təsdiqləyib, gələn həftə görüş olacaq

Font

"Gürcüstan hökuməti bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini təsdiq edib”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia komissiyanın sədri təyin olunub.

XİN başçısı komissiyanın ilk iclasının gələn həftə - mayın 14 və ya 15-də keçiriləcəyini qeyd edib.