:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ dövlət katibi Avropa səfərini yarımçıq qoyub

Font

ABŞ dövlət katibi Avropa səfərini yarımçıq qoyaraq Amerikaya qayıdıb. Mayk Pompeo Vaşinqtonda Şimali Koreya və İranla bağlı müzakirələrdə iştirak etməlidir.

Pompeonun planını dəyişməsinə ilk əvvəl çərşənbə günü prezident Trampın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi olmuşdu.

ABŞ İranın metallurgiyasına sanksiyalar irəli sürüb. İrana qarşı yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə həm İranın metal istehsalçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

Bundan sonra, cümə axşamı günü Şimali Koreyanın iki raketi sınaqdan keçirdiyini bəyan etməsi səfərin yarımçıq qoyulmasını qətiləşmişdi.

ABŞ dövlət katibi Qrinlandiya getməkdənsə, Vaşinqtona qayıtmalı olub.

Cənubi Koreyanın birgə qərargahlar rəisinin açıqladığı bəyanatda bildirildiyinə görə, raketlərdən biri 420 kilometr, digəri isə 270 kilometr məsafə qət edib. Bəyanatda həmçinin raketlərin ölkənin şimal-qərbindəki Sino-ri şəhərindən şərq istimaqətinə atıldığı qeyd edilib.