:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fransa sakini lotereyada 25 milyon avro uddu

Font

Fransada bir nəfər lotoda 25 milyon avro udub.

"Euromillions” loto oyununun martın 7-də keçirilən ikinci tirajında 25 milyon avro udan şəxsin kimliyi hələlik məlum deyil.

Onun udduğu 25 milyona sahib çıxması üçün 60 gün vaxtı var.

2004-cü ildə yaradılmış "Euromillions” loto oyunu Avropanın 9 ölkəsini - Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, Avstriya, İsveç və Lüksümburqu əhatə edir. Ən çox udan bu günədək 2014-cü ildə bir portuqaliyalı və 2012-ci ildə ingilis cütlük olub. Onlar 190 milyon qazanıblar.