:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Petr Çex futbolçu karyerasını Bakıda bitirəcək

Font

İngiltərənin "Arsenal" klubunun çexiyalı qapıçısı Petr Çex karyerasını mayın 29-da Bakıda bitirəcək.

O bunu futbol üzrə Avropa Liqasının yarımfinalında "Valensiya"ya (İspaniya) qarşı keçirilən cavab oyunun (4:2) nəticəsini şərh edərkən deyib.

"Mənim üçün finalda kiminlə oynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyə kömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu necə vurmağımız xoşuma gəldi. O anda düşündüm: "Biz finaldayıq".

Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tam tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm.

Mən "Arsenal" ilə finala çıxmağı arzu edirdim və bu da oldu.

Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Şadam ki, sonuncu oyunum final olacaq", - deyə Çex "BT Sport"a müsahibəsində bildirib.

Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.