:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Binəli Yıldırım seçkidən danışdı: “Üstümüzə gəlirlər”

Font

31 martda keçirilən bələdiyyə seçkiləri zamanı çox dostumuzun olduğunu gördük.
Axar.az xəbər verir ki, bunu AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım iş adamları ilə görüşündə deyib. O bildirib ki, növbəti vəzifəsinin nə olmasından asılı olmayaraq hər zaman xalqa xidmət edəcək:

"Marmaranı, Avrasiya tunelini, Osmanqazi Körpüsünü, hava limanlarını inşa edəndə düşüncəmiz sadəcə xalqa xidmət etmək olub. Bundan sonra da eyni anlayış və həssaslıqla millətim mənə nə vəzifə versə, onu icra edəcəyəm. Sizlər ölkəmizi inkişaf etdirən, xalqımızın rifahı üçün alın təri tökən insanlarsınız. Fəaliyyətinizlə xalqımızın rifahını daha yüksəldirsiniz, onlara iş verirsiniz. Gördüyünüz iş çox müqəddəsdir. Sizi təbrik edirəm.

Qarşıdakı dövrdə birlikdə çalışacağıq. Dünyanın hər tərəfindən eynən Gezi iğtişaşlarındakı kimi üstümüzə gəlirlər. Nə edirlər etsinlər, bu günə qədər bu millət hər cür oyunu pozmağı bacarıb, ölkəsi və milləti üçün birliyi, həmrəyliyi daha da gücləndirib. Mən ölkəmə və millətimə güvənirəm”.