:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda keçiriləcək Avropa Liqasının hər iki finalçısı müəyyənləşib

Font

Futbol üzrə Avropa Liqasında ikinci finalçı müəyyənləşib.

Mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə "Arsenal"ına "Çelsi" rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.

Bu zaman "Çelsi"dən Sezar Aspilikueta, "Ayntraxt"dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Arsenal" - "Çelsi" qarşılaşması saat 23:00-da başlanacaq. "Arsenal" kimi "Çelsi" də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə "zadəganlar" "Qarabağ"la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub - 4:0.