:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfirlik: Moskva Dövlət Universiteti erməni diasporunun təxribat xarakterli tədbirinin tərəfdaşı deyil

Font

"M.V.Lomonosov adına Moskva Dövlət Universiteti erməni diasporu tərəfindən Moskvada "Şuşanın işğaldan azad edilməsinin ildönümü" ilə bağlı keçirilən tədbirin tərəfdaşı deyil".

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.

Bildirilib ki, universitet rəhbərliyi bu cür təxribat xarakterli tədbirlərin ali təhsil ocağında keçirilməsinə imkan vermir.

Qeyd edək ki, bu gün - mayın 7-sində erməni diasporu tərəfindən keçirilməsi planlaşdırılan "Şuşanın işğaldan azad edilməsinin ildönümü" ilə bağlı tədbirdə Moskva Dövlət Universiteti rəsmi tərəfdaş kimi göstərilmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Azərbaycanın Rusiyadakı səfirliyi Universitetə müraciət ünvanlayıb bununla bağlı açıqlama tələb etmişdi. Bundan sonra məlumat sosial şəbəkələrdən silinib.