:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nənə və nəvəsini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb-Bakıda

Font

Bakıda yolu keçən piyadaları avtomobil vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 6-da Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulub.

Sürücü hadisə yerini tərk edib.

Hər iki piyada xəstəxanaya yerləşdirilib.

DİN-in "Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirilın tədbirlərlə xəsarətlə nəticələnın yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini Xaləddin Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.