:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

IMF-in Azərbaycan hökuməti ilə məsləhətləşmələrin tarixi məlum olub

Font

İyunun 12-dən Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisanın Bakıya səfəri başlayır.

Bu barədə qurumun Bakı ofisindən məlumat verilib.

Məlumata görə, səfərin məqsədi IMF-nin Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələri aparmaq və ölkə iqtisadiyyatında aparılan islahatları müzakirə etməkdir.

Hökumətlə məsləhətləşmələr iyunun 27-dək davam edəcək.

Xatırladaq ki, N.Tamirisanın missiyanın rəhbəri vəzifəsində Azərbaycana ilk səfəri aprelin 10-11-də baş tutub.

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.