:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bilgəhdə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət műəssisəsində "Nəsillərin görüşü " adlı tədbir - FOTOLAR

Font

04 may 2019-cu il tarixində Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyinin 7a sinif şagirdləri "Nəsillərin görüşü" devizi ilə Bilgəh qəsəbəsində yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Mərkəzi"ndə tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan "Gənc İstedadlar" liseyinin muəlliməsi Kifayət Şamilova qocalar evində dövlətin diqqət və qayğısı ilə əhatə olunan ahıl və ağbirçəklərə tək olmadıqlarını bildirdi. Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir. Əcdadlarımız özündən böyüklərə, kiçiklərə və ətrafdakı insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış, kimliyindən asılı olmayaraq hər kəsə ehtiramla davranmağa böyük önəm vermişlər. Böyüklərə hörmət hissi əsrlər boyunca əcdadlarımız tərəfindən cilalanmış, insanın mənəvi dünyasının bütün xüsusiyyətlərini özündə ehtiva edən formada nəsildən-nəslə ötürülmüş və müasir gənc nəsilə çatdırılmışdır. Həmin tərbiyə metodu günümüzdədə istər ailədə, istərsə də cəmiyyətdə etik norma kimi əsas yer tutur. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Sonda Kifayət xanım hər kəsin qarşıdan gələn Ramazan ayını təbrik etdi. Onlar üçün belə bir şəraiti yaratdığına görə Qocalar evinin direktoru Əməkdar müəllim Qətibə xanım Əsədovaya öz təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsi "Gənc İstedadlar" liseyinin 7 a sinif şagirdlərinin çıxış və ifası ilə davam etdirildi. Təşkilatçılar ahıl insanları müxtəlif hədiyyələrlə sevindirdilər.