:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: "İstanbulda seçki yenilənməlidir"

Font

"Mən bu günə qədər danışmadım, susdum, amma artıq yetdi. Burda bir qanunsuzluq var, açıq ortadadır. Ankaraya bir söz demərəm, amma İstanbul seçkisi yenilənməlidir. Milli iradə nə deyərsə başımız, gözümüz üstündə". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müstəqil İş Adamları Dərnəyinin (MÜSİAD) 25-ci toplantısında çıxış edərkən bildirib.

Türkiyə prezidenti 31 mart bələdiyyə seçkilərində İstanbulda seçki məntəqələrində bank işçilərinin vəzifə tutmasını qanunsuzluq adlandırıb, nəticələrlə razılaşmadığını deyib: "4-5 bankın işçiləri seçki məntəqələrində təyin olunub. Bunlar məmur deyil, biz bunları qəbul edib, bunların qərarlarına "ey vallah"mı deyək. İstanbul seçkilərində bir oyun, bir qanunsuzluqlar var və mən bir partiya rəhbəri olaraq bu qanunsuzluqları xalqımın iradəsinə uyğun olaraq təqib edirəm. Biz qanunlara əsaslanırıq".