:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sumqayıtda pivə üstündə kütləvi dava düşüb, qadın xəsarət alıb - FOTO

Font

Sumqayıt şəhərində kütləvi dava baş verib.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, dava Niyazi küçəsində fəaliyyət göstərən Yaşar adlı şəxsə məxsus kafedə iki qrup arasında olub.

Hadisəyə pivənin pulunun verilməməsi səbəb olub. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, bir qadın xadimə isə ağır xəsarət alıb.

Əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda davaya səbəb olanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.