:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Əbədiyaşar Lider"başlığı altında tədbir

Font

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirilib

Yenizaman.az xəbər verir ki. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Pirallahı rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrda onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxışında rayon ağsaqqallarına göstərilən dövlət qayğısından danışdı.

Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusibov çıxışında Ümummilli liderin xilaskarlıq xüsusiyətlərini qeyd etdi.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, siyasi və iqtisadi siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında qeyd etdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq biruzə verir.

Tədbirin bədii hissəsi 168 №-li orta məktəbin şagirdlərinin ifasında kompozisiya ilə davam etdirildi.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələrinin təqdim olundu.