:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş nazir: “Keşikçi Dağı ilə bağlı məsələni Azərbaycanla strateji tərəfdaşlığımıza uyğun olaraq həll edəcəyik”

Font

"Əminəm ki, biz və azərbaycanlı dostlarımız Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələni dostluq və strateji tərəfdaşlığımıza uyğun olaraq həll edəcəyik”

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı komissiya bərpa olunacaq.

Baş nazir deyib ki, ilk günlərdən başlayaraq iki ölkənin nazirlikləri arasında intensiv kommunikasiya olub: "Mən bütün nazirlərə aktiv kommunikasiya ilə bağlı göstəriş vermişəm. Təbii ki, xarici işlər nazirləri arasında da fəal söhbətlər olub və bildiyiniz kimi, razılıq əldə olunub”.

M.Baxtadze vurğulayıb ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən olunması ilə bağlı komissiya son dövrlər real olaraq işləməyib: "Buna görə də biz komissiyanı bərpa edəcəyik və onu yenidən təsdiqləyəcəyik. Bu, böyük ehtimalla hökumətin ən yaxın zamanda keçiriləcək iclasında baş verəcək. Daha sonra iki ölkənin komissiyaları delimitasiya məsələsi ilə bağlı fəaliyyətini davam etdirəcək”.