:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Abramoviç "Çelsi"ni satır?

Font

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi” futbol klubunu satmaqda maraqlı deyil.

Bu barədə Böyük Britaniya mətbuatı yazır.

Bir müddət əvvəl qeyd olunurdu ki, Böyük Britaniyanın ən zəngin şəxslərindən olan Cim Retkliff "Çelsi”ni almaq barədə düşünür.

Məlumata görə, R.Abramoviç nə Cim Retklifflə, nə də digər potensial müştərilərlə danışıqlar aparmayıb.

Qeyd edək ki, hazırda Roman Abramoviç Böyük Britaniyada viza müddətinin başa çatmasına görə Londonda "Çelsi”nin matçlarını izləyə bilmir. Klubun gündəlik işlərinə baş direktor Marina Qranovskaya nəzarət edir.