:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şahin Mustafayev: "BMT-Azərbaycan Tərəfdaşlıq Sənədi çərçivəsində ayrılmış vəsaitin 95%-i xərclənib"

Font

"2018-ci ildə BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib".

Report xəbər verir ki, bu vəsait "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" çərçivəsində birinci strateji sahə üzrə xərclənib.

Sənəd üzrə istiqamətləndirici komitənin iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 3 strateji sahəni əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 mln. dollar ayrılması nəzərdə tutulub: "Bu vaxta qədər onun 68,2 mln. dolları, yaxud 95%-i xərclənib".