:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Müdafiə naziri: "Hazırda NATO qərargahlarında Azərbaycanın 8 zabiti xidmət edir"

Font

"2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib".

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, hazırda NATO qərargahlarında Azərbaycanın 8 zabiti xidmət edir: "Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir".