:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov İƏT-in Baş katibi ilə görüşüb

Font

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edən Hadi Süleymanpur Forumun önəmli mövzuya həsr edildiyini qeyd edərək, tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik edib.

Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb.

Öz növbəsində, nazir ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan nazir ECO üzv dövlətlərinin bu layihələrdən faydalanması imkanlarından bəhs edib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.