:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qondarma ittihamla saxlanılan məmur bəraət aldı

Font

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbə üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun barəsində qondarma ittihama aydınlıq gətirilib.

44 il fasiləsiz və qüsursuz əmək fəaliyyəti ilə məşğul olan, 2-ci dərəcəli dövlət qulluqçusu, 20 ildən artıqdır ki, YAP üzvü, Şamaxı rayonu üzrə altı böyük kənd və qəsəbədə İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi işləmiş, iki oğlu cəbhə bölgəsində xidmət çəkmiş və ən nəhayət, prezidentin regionların sosial-iqtisadi inkişafına dair fərman və tapşırıqlarından irəli gələn 1200 hektar üzüm sahənin salınmasında yaxından iştirak etmiş səxs kimi, heç bir əsası olmadan müvəqqəti olaraq tutduğu vəzifəsindən azad olunmuş Ağaqədir Osmanovun qondarma cinayət işinə xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin verdiyi hökmdə bildirilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə elan olunmuş ittiham düzgün tövsif olunmadığından məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan faktlar onu göstərir ki, İstintaq orqanı kifayət qədər təsdiqedici sübutlar toplamadan yalnız ehtimal və mülahizələr əsasında Ağaqədir Osmanova rüşvət alması ilə bağlı ittiham elan etmişdir. Odur ki, Ağaqədir Osmanova rüşvət alması ilə bağlı verilmiş ittiham hec bir sübut növü ilə təsdiq edilmədiyindən, sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyula bilməz.

Qeyd edək ki, Hakim Mirzə Xankişiyevin elan etdiyi hökmə əsasən "Ağaqədir Osmanova bəraət verilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin” hökmü verilib.