:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Messi “Barselona"da 600-cü qolunu vurub

Font

"Barselona" klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

"Göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi "Barselona"nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində "Albasete"nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki,İspaniyanın "Barselona" klubu futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında İngiltərə "Liverpul"unu qəbul edib.

"Report" xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən matç katalonların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Luis Suares və Lionel Messi vurub.

Komandalar arasında cavab qarşılaşması mayın 7-də Liverpulun "Enfild" stadionunda keçiriləcək.

Çempionlar Liqası. 1/2 final. 1-ci oyun

"Barselona" – "Liverpul" - 3:0

Qollar: 1:0 – Suares – 26, 2:0 – Messi – 75, 3:0 – Messi – 82