:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pompeo və Lavrov Venesueladakı vəziyyəti müzakirə edəcəklər

Font

ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olacaq.

Bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton "Fox News” telekanalının efirində deyib.

O bildirib ki, xarici siyasət idarəsi rəhbərləri Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Telefon danışığı bu gün baş tutacaq.

Con Bolton ABŞ və Rusiya prezidentləri arasında Venesueladakı vəziyyətə dair telefon danışığı haqda məlumatının olmadığını bildirib.