:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pompeo: "Maduro Venesuelanı tərk etməyə hazır idi, ancaq Rusiya onu fikrindən daşındırdı"

Font

Müxalif qüvvələrin etirazları ilə üzləşən Venesuela Prezidenti Nikolas Maduro dünən ölkəni tərk etməyə hazır olub, ancaq Rusiya onu fikrindən daşındırıb.

"İnterfaks" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.

"Onun təyyarəsi uçuş zolağında idi. Belə başa düşürük ki, o, bu səhər uçmağa hazır idi, amma Rusiya ona qalmalı olduğunu söylədi", - M.Pompeo deyib.

Dövlət katibi Venesuelanın rəhbərliyindəki vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Maduro hökumətində ölkəni tərk etməyə hazır olan yüksək vəzifəli məmurlar var: "Son həftələrdə onlar özləri bu barədə bizə məlumat veriblər. Venesuela xalqının demokratiyanı bərpa edə biləcəyinə əminik".