:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Diplomatların və onların xanımlarının Qazax və Tovuz rayonlarına səfərləri başlayıb

Font

2019-cu ilin 30 aprel – 1 may tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil olunur.

Səfər çərçivəsində diplomatlar Qazax rayonunda "Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, "Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, "Göytəpə” qədim yaşayış məskəni və "Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olacaqlar.