:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məleykə Abbaszadə abituriyentlərin imtahanda yol verdikləri əsas qayda pozuntularını açıqlayıb

Font

"Dövlət İmtahan Mərkəzinin müxtəlif istiqamətlər üzrə keçirdiyi imtahanlarda il ərzində 600 mindən artıq şəxs iştirak edir".

Bunu Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün imtahanlarda əsas məqsədlərdən biri də onların təlimata uyğun şəkildə təşkili, hər kəsə bərabər imkan yaratmaqla iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılmasıdır.

M.Abbaszadə təəssüf hissi ilə qeyd edib ki, zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirmək məcburiyyətində qalırlar: "Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur. Bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir".

DİM sədri bildirib ki, abituriyentin göstərilən qayda pozuntularına yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv olunur.