:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukraynanın yeni prezidenti Zelenski Bodrumda ət bişirdi

Font

Bodrumda istirahətdə olan Ukraynanın yeni prezidenti Vladimir Zelenski şəhər mərkəzində bir restoranda yemək yedi. Zelenskiynin ocaqbaşında ət bişirdiyi andakı xoşbəxtliyi yayılan fotoşəkillərdə aydın görünür. "Habertürk” bu barədə məlumat yayıb.

Muğlanın Bodrum rayonunda istirahətini davam etdirən Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ailəsiylə rayon mərkəzindəki bir restoranda yemək yedi. Bodrumun Göyərçin Məhəlləsindəki beşulduzlu oteldə istirahətini davam etdirən yeni prezident gün ərzində oteldə vaxt keçirdi.

Axşamüstü oteldən çıxan Zelenski və ailəsi, Milta Marina içərisindəki "Neyzarın Yeri Marina Yeməkxana Ocakbaşı” adlı istirahət mərkəzinə gəlib. Sıx təhlükəsizlik tədbirləri altında gələn Zelenski və ailəsi onlar üçün xüsusi olaraq ət məhsullarından hazırlanmış yemək yedilər.

Müəssisə rəsmiləri ilə səmimi vaxt keçirən Ukrayna Prezidenti ocaqbaşına keçərək ət bişirib. Zelenskiynin gecədə olduqca şən olduğu fotoşəkillərdə də əksini tapıb. Xəbərdə bildirilir ki, Zelenski və ailəsi daha sonra təhlükəsizlik xidmətinin əhatəsində məkandan ayrılıblar. Zelenski çıxışda şəkil çəkilməsinə icazə verilməyib.

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda yumorist Vladimir Zelenski 73,22 faiz ilə seçkinin qalibi olmuş, rəqibi və hazırkı Dövlət Başçısı Pyotr Poroşenko isə 24,45 faiz səslə məğlub olub.