:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiyanın baş nazirindən Tramplara hədiyyələr

Font

Abe Sindzo Amerika liderinin həyat yoldaşına çay dəsti hədiyyə edib. Bu barədə "Aif.ru” məlumat yayıb.

Yaponiya hökumətinin başçısı Sindzo Abe Birləşmiş Ştatlarının prezidenti Donald Trampa mirvari qol düymələri, amerika liderinin xanımına isə çay dəsti hədiyyə edib.

"Mainichi Shimbun” qəzeti yazır ki, hədiyyələr Tramp Melaniyə doğum günü şərəfinə təşkil edilmiş şam yeməyi zamanı təqdim olunub. ABŞ-ın birinci xanımınin 49-cu doğum gününü Yaponiya baş nazirinin Vaşinqtonda səfərdə olduğu vaxta təsadüf edib.

Yaponiyanın baş naziri iki gün ABŞ-da səfərdə olub. O, Ağ evdə Tramp ilə ikitərəfli danışıqlar aparıb.

Görüş zamanı amerika prezidenti bildirib ki, Tokio ilə Vaşinqton mayın sonunadək yeni ticarət sazişi imzalayacağına ümid edir.

Məlumata görə, may ayının sonlarında Donald Trampın da Yaponiyaya səfəri planlaşdırılır. O, yeni yaponiya imperatoru Naruhito ilə görüşəcək ilk xarici lider olacaq.