:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə yollandı

Font

Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib. O, bunu özünün "Facebook” səhifəsində yazıb.

"Aşkarlıq olacağını razılaşdırmışıq. Deməli belə. Türkiyəyə uçuruq. Uşaqları illik "Əyləncəli” festivala aparıram. Son 4 ayda ilk istirahət”, - yeni Prezident yazıb.

V.Zelenski 2 gündən sonra Ukraynaya qayıdacağını bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukrayana keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.