:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Formula-1”: Azərbaycan Qran-prisi başlayır

Font

Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək.

Paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış "Formula-2” pilotlarının mübarizəsi ilə start götürəcək.

Bakı trasına çıxacaq bolidlər sərbəst yürüşdə treki sınaqdan keçirəcəklər. "Formula-2” pilotları günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar.

Bu gün "Formula-1” üzrə 2 sərbəst yürüş də təşkil olunacaq.
Azərbaycan Qran-prisi
26 aprel

11:00-11:45. "Formula-2”. Sərbəst yürüş
11:10-11:30. Avtoqraf sessiyası ("Red Bull”)
11:30-11:50. Avtoqraf sessiyası ("Ferrari”)
11:50-12:10. Avtoqraf sessiyası ("Reno”)
13:00-14:30. "Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. "Formula-2”. Sıralama yarışı
17:00-18:30. "Formula-1”. İkinci sərbəst yürüş

Qeyd edək ki, Qran-priyə aprelin 28-də yekun vurulacaq.