:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Beynəlxalq Bank 3,8 milyon manatlıq kredit borcuna görə məşhur şirkəti məhkəməyə verib

Font

"Azərbaycan Beynəlxalq Bankı” ASC "AKABE” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.

Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, "AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.