:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hollandiya səfiri: "Azərbaycan və Ermənistan liderlərinin görüşü ümidvericidir"

Font

"Hollandiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır".

Bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.

"Biz Azərbaycan və Ermənistan liderlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərini alqışlayırıq. Hollandiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ümid edirik ki, bu görüşlər məhsuldar olacaq. Onların görüşü ümidvericidir", - səfir deyib.