:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Reno"nun pilotu: Bakı Qran-prisi hər il daha da maraqlı olur

Font

"Bakı maraqlı yerdir və hiss edirəm ki, o, adi "Grand Prix"lərdən fərqlənir. Azərbaycandakı marşrut istənilən küçə marşrutundan fərqlidir, çünki hər şey bir-birinə, hətta otelə və qutulara da yaxındır".

"Report" xəbər verir ki, bunu "Reno"nun pilotu Niko Hülkenberq qarşıdakı istirahət günlərində Azərbaycanda keçiriləcək Qran-pri barədə fikir bildirərkən deyib.

"Köhnə evlər, qəsrlər və döşənmiş küçələri izləmək çox gözəldir. Yarış da ildən-ilə daha da maraqlı hala gəlir. Son iki mövsümdə mənim o qədər də bəxtim gətirmədi, amma hər zaman istənilən fürsətdən faydalanmaq üçün lazımi zamanda lazımi yerdə olmaq lazımdır", - deyə "Reno"nun mətbuat xidməti pilotun sözlərini sitat gətirib.