:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub

Font

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan "Uotford" - "Sautgempton" matçında yeni rekord qeydə alınıb.

"Sautgempton"un futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. 32 yaşlı hücumçu qarşılaşmanın 7-ci saniyəsində fərqlənib.

Bundan əvvəlki göstərici isə "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi. İngiltərəli müdafiəçi 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində qol vura bilib.

Qeyd edək ki, ilk hissədən sonra "Sautgempton" 1:0 hesabı ilə öndədir.