:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Almaniya XİN-in Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana gələcək

Font

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibert mayın 7-də Azərbaycana səfər edəcək.

Bu barədə mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.

O, gələn ayın sonunda həmçinin ölkəsinin parlament heyətinin də Azərbaycana gələcəyini diqqətə çatdırıb.

Almaniyalı diplomat bu səfərlərin iki ölkə arasındakı əməkdaşlığın inkişaf etməsinə əyani sübut olduğunu da dilə gətirib.