:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq

Font

Avropa İttifaqı (Aİ) ilə sazişlə bağlı uzun müddətdir iş gedirdi. Bu sazişdə əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bu sazişdə öz əksini tapsın. Artıq buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sazişin imzalanmasına maneə törədən ermənilərdir.

O.Əsədov onu da əlavə edib ki, Azərbaycanın Aİ-nin maliyyə yardımına ehtiyacı yoxdur: "Bizim üçün vacib olan məsələ ərazi bütövlüyümüz və ticari məsələlərdir. Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqımızın xeyrinə olacaq”.