:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Formula 1” günlərində Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb

Font

"Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı (26 - 28 aprel) Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub-qərb küləyi 5-10 m/s, arabir 12-15 m/s olacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

Aprelin 27-də hava yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/s, gündüz arabir 12-15 m/s olacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 16-19° isti təşkil edəcək.

Aprelin 28-də, final günündə isə hava əsasən yağmursuz keçəcək.

Cənub küləyi 7-12 m/s, gündüz arabir 15-18 m/s olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-18° isti təşkil edəcək.