:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?

Font

2049-cu ilədək "Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır.

Bunu "BP Azərbaycan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

O qeyd edib ki, "Əsrin müqaviləsi” imzalanarkən yataqdakı ehtiyatlar 511 milyon ton həcmində proqnozlaşdırılırdı ki, bu günədək artıq 474 milyon ton neft hasil olunub:

"Bu günədək AÇQ yataqlar blokunun inkişafına 36 milyard dollar investisiya qoyulub və 3,5 milyard barel neft hasil edilib”.

B.Aslanbəyli əlavə edib ki, 44 milyard kubmetr səmt qazı toplanaraq hökumətə təhvil verilib.