:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, 5 nəfər yaralanıb

Font

Hadisə Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə baş verib.

Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.